- Offside
- 13:25 24.11.2024
“Avropa çempionatına hazırlıq davam edir. Mingəçevirdə və Bakıdakı məşqlərimiz geridə qaldı. Qarşıda bizi Avropa çempionatına hazırlığın son mərhələsi gözləyir".
Corner.az-ın məlumatına görə, bu fikirləri qadın voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı Ayşən Abdulazimova federasiyanın rəsmi saytına açıqlamasında deyib.
Oyunçu Bakıda təlim-məşqlərlə bərabər 4 yoxla görüşü keçirdiklərini xatırladıb: "Hazırlığımız Yunanıstanda davam edir. Qarşıda bizi bir neçə yoxlama oyunları da gözləyir. Avropa çempionatında iştirak edən hər bir komanda kimi bizim də məqsədimiz qələbə qazanmaqdır. Əsas məqsədimiz isə qrup mərhələsini keçməkdir. Əlimizdən gələni edəcəyik ki, yaxşı oyun göstərək”.
Qeyd edək ki, Bolqarıstan, Rumıniya, Serbiya və Xorvatiyanin birgə ev sahibliyi edəcəyi Avropa çempionatının final mərhələsi avqustun 18-də start götürəcək və sentyabrın 4-də yekunlaşacaq. Yarışda 24 komanda 4 qrupda mübarizə aparacaq. A qrupunda yarışacaq Azərbaycan millisinin rəqibləri ev sahibi Serbiya ilə yanaşı, Belçika, Rusiya, Fransa, Bosniya və Herseqovina yığmaları olacaq. Bu qrupun oyunları paytaxt Belqradda keçiriləcək.