25 noyabr 2024. Bazar ertəsi

Tokio-2020: Azərbaycan ilk medalını qazanıb


  • Offside
  • 13:13 30.07.2021
  • Oxunma sayı: 201
Tokio-2020: Azərbaycan ilk medalını qazanıb

Azərbaycan Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk medalını qazanıb.

Corner.az-ın məlumatına görə, buna 78 kq-dan yuxarı çəki dərəcəsindəki qadın cüdoçu İrina Kindzerska nail olub. 30 yaşlı idmançı çinli Şiyan Xunu İppona qalib gələrək , bürünc medal qazanıb.

Qeyd edək ki, bu, həm də Tokio-2020-də Azərbaycanın cüdo növündə yeganə olimpiya medalı olub. Komandanın 9 üzvündən indiyədək ən yüksək nəticəni bayraqdar Rüstəm Orucov (73 kq) 5-ci yeri tutmaqla əldə edib.







Offside