- Offside
- 13:25 24.11.2024
Portuqaliya Futbol Federasiyası "Draqau" stadionunun diktoru Fernandu Saulu 1 430 avro məbləğində cərimələyib.
"Report"un məlumatına görə, buna diktorun "Yuventus"un futbolçusu Kriştiano Ronaldo və onun ailəsini təhqir etməsi səbəb olub.
"Portu" klubunun əməkdaşı Turin təmsilçisinə qarşı UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunundan sonra instaqramda 36 yaşlı hücumçunun ünvanına təhqirəmiz ifadələr yazıb: "Biz italyan oğrulardan, donuz Ronaldodan "Draqau"da etdiyi hərəkətə görə intiqam aldıq. Dolores (futbolçunun anası = red.) və dişsiz ailəsindən video gözləyirəm"!
Qeyd edək ki, Portudakı ilk matçda 1:2 hesabı ilə uduzan "Yuventus" evdəki cavab görüşündə 3:2 hesablı qələbə qazansa da, turnirdə mübarizəni dayandırıb.(report)