- Offside
- 22:56 11.07.2026
Azərbaycan atleti Anna Skidan Tokio Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb.
Corner.az xəbər verir ki, çəkicatmada mübarizə aparan idmançı təsnifat mərhələsində 69,57 metr nəticə ilə A qrupunda 8-ci olsa da, yekunda finala vəsiqə verən 12-liyə düşə bilməyib. Skidan iki qrupun çıxışından sonra 16-cı yeri tutub və Tokio-2020 ilə vidalaşıb.
Anna 2016-cı ildə Rioda keçirilən Yay Olimpiya Oyunlarında 13-cü olmuşdu.