22 oktyabr 2024. Çərşənbə axşamı

Tokio-2020: Azərbaycan təmsilçisi 23-cü oldu


  • Offside
  • 13:19 01.08.2021
  • Oxunma sayı: 162
Tokio-2020: Azərbaycan təmsilçisi 23-cü oldu

Tokio-2020 Yay Olimpiya Oyunlarında kişiərin kiçikçaplı tapançadan 25 metr məsafəyə atəşaçma yarışında ilk günə yekun vurulub.

Corner.az xəbər verir ki, Azərbaycanın güllə atıcısı Ruslan Lunyov birinci təsnifatda 281 xal toplaya bilib. O, 27 idmançı arasında 23-cü yeri tutub. Sabah yarışın ikinci təsnifat mərhələsi və final keçiriləcək.

Ruslan Lunyov iyulun 24-də kiçikçaplı tapançadan 10 metr məsafəyə atəşaçma yarışında 20-ci olmuşdu.







Offside