22 oktyabr 2024. Çərşənbə axşamı

Azərbaycan çempionatına milli komanda da buraxılıb


  • Offside
  • 14:07 02.08.2021
  • Oxunma sayı: 146
Azərbaycan çempionatına milli komanda da buraxılıb

Azərbaycan Futzal Federasiyasının iclası keçirilib.

Federasiyadan Corner.az-a verilən məlumata görə, toplantıda Yüksək Liqanın 2021-2022-ci il mövsümünə hazırlıq işləri müzakirə olunub.

Yeni mövsümdə çempionatda 8 komandanın iştirak etməsi qərara alınıb. Onlardan 5-i ötən çempionatda da gücünü sınayıb. Daha 2 klub isə debütantdır və biri – “Alyans” Lənkəranı təmsil edir.

Federasiya gənc futzalçıların inkişafı və təcrübə toplamaları, eləcə də qarşıdan gələn Avropa çempionatına daha yaxşı hazırlaşmaları üçün 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin də Yüksək Liqada iştirakına icazə verib. Beləliklə, Yüksək Liqanın 2021-2022-ci il mövsümündə bu komandalar iştirak edəcək: “Araz-Naxçıvan”, “Neftçi” İK, EKOL, “Rekord club az”, “Alyans” FK (Lənkəran), “Baku Fire”, “Xilə” və U-19.

Qeyd edək ki, çempionat 3 dövrədən və pley-off mərhələsindən ibarət olacaq. İlk 4 pillədə yer alacaq komandalar (1 - 4, 2 - 3) qalibi müəyyənləşdirəcəklər. Yeni mövsümə sentyabrda start veriləcək.







Offside