22 oktyabr 2024. Çərşənbə axşamı

Azərbaycan millisi Macarıstanda beynəlxalq turnirə qatılacaq


  • Offside
  • 20:58 02.08.2021
  • Oxunma sayı: 164
Azərbaycan millisi Macarıstanda beynəlxalq turnirə qatılacaq

Avropa çempionatının final mərhələsinə hazırlığını davam etdirən qadın voleybolçulardan ibarət Azərbaycan millisi Yunanıstanda təşkil olunan təlim-məşq toplanışını başa vurub.

Corner.az xəbər verir ki, Vüqar Əliyevin rəhbərlik etdiyi yığma burada məşqlərlə bərabər 3 yoxlama oyunu da keçirib. Azərbaycan Yunanıstan millisinə qarşı keçirdiyi 3 yoxlama matçından birində qalib olub.

Azərbaycan yığması hazırlıq planına uyğun olaraq avqustun 31-də Yunanıstandan birbaşa Macarıstana yola düşüb. Komanda Macarıstanda avqustun 5-7-də keçiriləcək “SAVARİA” beynəlxalq turnirində qüvvəsini sınayacaq. Dairəvi sistemlə baş tutacaq yarışda Azərbaycanın rəqibləri ev sahibləri, Niderland və Çexiya yığmaları olacaq.

Azərbaycan voleybolçuları avqustun 5-də Macarıstanla, 6-da Niderlandla, turnirin son günü isə Çexiya millisi ilə üz-üzə gələcək.







Offside