- Offside
- 13:25 24.11.2024
"Çox sevinirəm ki, nəhayət, olimpiya medalını aldım. Çoxdankı arzum idi. Bilirsiniz ki. bütün medallarım var idi. Hər dəfə bir şey olurdu, iştirak edə bilmirdim. Şadam ki, bu dəfə lisenziya qazandım və olimpiadaya qatılıb. medal qazandım".
Corner.az-ın məlumatına görə, bunu Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq) Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc medal qazanması barədə danışarkən deyib.
3-cü yer uğrunda görüşdə Ermənistan təmsilçisi Karapet Çalyana qalib gələn Avropa çempionu rəqiblərinə fərq qoymadığını bildirib: "Bu, idmanda düzgün yanaşma deyil. Erməni udanda qəhrəman olursan. Onda belə çıxır ki, uduzanda gərək, xalq düşməni olasan. əsas odur ki, medal qazanmışam. Mənim üçün bundan böyük qələbə yoxdur. Bu, atamın qələbəsidir".