- Offside
- 23:42 21.03.2026
Ukraynanı təmsil edən azərbaycanlı yunan-Roma güləşçisi Pərviz Nəsibov Tokio-2020 Yay Olimpiya Oyunlarında final görüşünə çıxıb.
Corner.az-ın məlumatına görə, 67 kq-da mübarizə aparan idmançı qızıl medal uğrunda iranlı Məhəmmədreza Gerayi ilə üz-üzə gəlib.
Rəqibinə 1:9 hesabı ilə məğlub olan Nəsibov fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Qeyd edək ki, Tokio olimpiadasına avqustun 8-də yekun vurulacaq.