- Offside
- 13:25 24.11.2024
"Bavariya" və "Çelsi"nin sabiq futbolçusu Mixael Ballakın oğlu Emilio vəfat edib.
Corner.az "Daily Mail"ə istinadən xəbər verir ki, o, 18 yaşında avtomobil qəzasında dünyasını dəyişib.
Qəzanın təfərrüatları hələlik açıqlanmayıb. Hadisə Portuqaliyanın paytaxtı Lissabonun cənubunda 45 yaşlı keçmiş futbolçunun evinin yaxınlığında baş verib.
Qeyd edək ki, Mixael Ballak 1999 - 2010-cu illərdə Almaniya millisində çıxış edib.