25 noyabr 2024. Bazar ertəsi

Tokio-2020: Stadnik və Əliyev yarımfinalda, Şərifov uduzdu


  • Offside
  • 09:10 06.08.2021
  • Oxunma sayı: 174
Tokio-2020: Stadnik və Əliyev yarımfinalda, Şərifov uduzdu

Azərbaycanın daha 3 güləşçisi bu gün Tokio Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Corner.az xəbər verir ki, qadın güləşində Mariya Stadnik mötəbər yarışa uğurlu start verib.

33 yaşlı güləşçi 1/8 finalda ROK (Rusiya Olimpiya Komitəsi) təmsilçisi Stalvira Orşuş ilə qarşılaşıb. İdmançımız  rəqibi üzərində 11:7 hesablı qələbə qazanaraq, növbəti mərhələyə yüksəlib. Onun 1/4 finalda rəqibi Sarra Hamdi (Tunis) olub. Güləşçimiz rəqibinə bu dəfə vaxtından əvvəl qalib gələrək (10:0), yarımfinala vəsiqə qazanıb. Mariya finala yüksəlmək üçün Yaponiya güləşçisi Yui Susaki ilə dueldən qalib ayrılmalıdı.

Kişi sərbəst güləşçilərimizdən Şərif Şərifov (97 kq)  qızıl medal qazanmaq şansını itirib. O, 1/8 finalda Rio-2016-nın qalibi olmuş, 4 qat dünya və Avropa çempionu Abdulrəşid Sadulayev (Rusiya Olimpiya Komitəsi) ilə üz-üzə gəlib. İdmançımız bu dueldən məğlub ayrılıb - 0:5. Sadullayev finala yüksələrsə, Şərif təsəlliverici görüşə qatılacaq.

Hacı Əliyev (65 kq) isə 1/8 finalda Adama Diatta (Seneqal) ilə qüvvəsini sınayıb. Afrika təmsilçisi üzərində 4:0 hesablı qələbə qazanan Əliyev 1/4 finala adlayıb.  Güləşçimizin bu mərhələdəki rəqibi qazaxıstanlı Daulet Niyazbekov olub. Uğurlu çıxışını davam etdirən Hacı rəqibini 9:1 hesabı ilə məğlub edərək, yarımfinala çıxıb. Güləşçimizin bu mərəhlədəki rəqibi Bajrang Puniya  (Hindistan) olacaq. 







Offside