- Offside
- 13:25 24.11.2024
Azərbaycan komandası Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk gümüş medalını qazanıb.
Corner.az-ın məlumatına görə, olimpiada proqramına ilk dəfə salınan karate növündə Rafael Ağayev fəxri kürsünün ikinci pilləsinə qalxıb.
36 yaşlı idmançı finalda italiyalı Luici Busaya uduzub. Bununla da Ağayev ikinci yeri tutub.
Qeyd edək ki, daha əvvəl cüdoçu İrina Kindzerska (+78 kq), boksçu Alfonso Dominges (81 kq) və yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq) bürünc medal qazanıb. Bundan başqa sərbəst güləşçi Hacı Əliyev (65 kq) finala yüksəlib, qadın güləşçi Mariya Stadnik (50 kq) və daha bir sərbəst güləşçi Şərif Şərifov (97 kq) bürünc medal uğrunda döyüşəcək. Hər 3 görüş avqustun 7-də olacaq.
***
Azərbaycan karateçisi Rafael Ağayev Tokio-2020 Yay Olimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.
Corner.az-ın məlumatına görə, 75 kq-da mübarizə aparan idmançı macarıstanlı Qabor Karoli Harspataki ilə üz-üzə gəlib.
Rəqibini 7:0 hesabı ilə məğlub edən 5 qat dünya və 11 qat Avropa çempionu adını finala yazdırıb və ən azı gümüş medalı təmin edib.
Azərbaycan karateçisi Rafael Ağayev Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.
Corner.az-ın məlumatına görə, 75 kq-da mübarizə aparan idmançı B qrupundakı sonuncu - dördüncü döyüşündə italiyalı Luici Busa ilə qarşılaşıb.
5 qat dünya və 11 qat Avropa çempionu görüşün bitməsinə 56 saniyə qalmış zədələnsə də, döyüşü sonadək davam etdirib. Qarşılaşma Ağayevin 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.
O, yarımfinalda macarıstanlı Qabor Karoli Harspataki ilə görüşəcək.Azərbaycan komandası Tokio-2020 Yay Olimpiya Oyunlarında 5-ci medalı təmin edib.
***
Corner.az-ın məlumatına görə, buna 75 kq çəki dərəcəsində yer alan karateçi Rafael Ağayev nail olub. 5 qat dünya və 11 qat Avropa çempionu qrup mərhələsindəki ilk 3 görüşünü qələbə ilə başa vuraraq, yarımfinala yüksəlib. Bununla da 36 yaşlı idmançı ən azı bürünc medalı təmin edib.