22 oktyabr 2024. Çərşənbə axşamı

Rafael Ağayev karyerasını bitirəcəyi vaxtı açıqladı


  • Offside
  • 22:50 06.08.2021
  • Oxunma sayı: 228
Rafael Ağayev karyerasını bitirəcəyi vaxtı açıqladı

Tokio-2020 Yay Olimpiya Oyunlarında gümüş medal qazanan Azərbaycan karateçisi Rafel Ağayevin karyerasını bitirmək istədiyi vaxt bəlli olub.

Corner.az-ın məlumatına görə, 75 kq çəki dərəcəsində çıxış edən idmançı 2025-ci ildə idmançı kimi fəaliyyətini dayandırmaq istədiyini bildirib.

O, daha sonra öz məktəbinı açmaq barədə planlarının olduğunu söyləyib: "Karateni hər gün öyrənirsən. Biliklərimi gənclərə çatdıracağam. Ölkəmizə Avropa, dünya və olimpiya çempionları bəxş etmək istəyirəm".

Qeyd edək ki, Rafael Ağayev 5 dünya, 11 qat Avropa çempionudur.







Offside