4 may 2026. Bazar ertəsi

Azərbaycan yığması Niderlanda da məğlub oldu


  • Offside
  • 23:42 06.08.2021
  • Oxunma sayı: 267
Azərbaycan yığması Niderlanda da məğlub oldu
Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Macarıstanda təşkil olunmuş beynəlxalq “Savaria” turniri çərçivəsində növbəti oyununu keçirib.

Corner.az xəbər verir ki, yığmamız ikinci görüşünü Niderlanda qarşı keçirib.
 
Oyun Niderland yığmasının qələbəsiylə başa çatıb – 3:0 (25:14, 25:13, 25:16).
 
Xatırladaq ki, Azərbaycan millisi ilk oyunda ev sahibi Macarıstana da 2:3 hesabıyla uduzmuşdu. Yığmamız sabah - avqustun 7-də Çexiya ilə üz-üzə gələcək.






Offside