22 oktyabr 2024. Çərşənbə axşamı

Tokio-2020: Azərbaycan 6-cı medalı təmin etdi - YENİLƏNİB


  • Offside
  • 11:34 07.08.2021
  • Oxunma sayı: 278
Tokio-2020: Azərbaycan 6-cı medalı təmin etdi - YENİLƏNİB

Azərbaycan komandası Tokio-2020 Yay Olimpiya Oyunlarında 6-cı medalı təmin edib.

Corner.az-ın məlumatına görə, buna 61 kq-dan yuxarı çəkidə çıxış edən qadın karateçi İrina Zaretska nail olub.

Dünya çempionu A qrupundakı 3 görüşünü qələbə ilə başa vuraraq, yarımfinala yüksəlib.

Bununla da 25 yaşlı idmançı ən azı bürünc medalı təmin edib.

***

Azərbaycan karateçisi İrina Zaretska Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

Corner.az xəbər verir ki, 61 kq-dan yuxarı çəkidə çıxış edən idmançı A qrupundakı üçüncü döyüşündə qazaxıstanlı Sofya Berultseva ilə üz-üzə gəlib. Görüş İrinanın 4:5 hesablı məğlubiyyəti ilə başa çatıb.

Azərbaycan karateçisi bundan əvvəlki iki görüşündə qələbə qazanıb. O, qrupda sonuncu qarşılaşmasını Meltem Akyol Hocaoğluya (Türkiyə) qarşı keçirəcək.

Qrupda ilk iki yerin sahibi yarımfinala vəsiqə qazanacaq.







Offside