22 oktyabr 2024. Çərşənbə axşamı

Tokio-2020: Hacı Əliyev gümüş medal qazandı


  • Offside
  • 16:01 07.08.2021
  • Oxunma sayı: 134
Tokio-2020: Hacı Əliyev gümüş medal qazandı

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Tokio-2020 Yay Olimpiya Oyunlarında final görüşünə çıxıb.

Corner.az xəbər verir ki, 65 kq çəki dərəcəsində mübarizə aparan Əliyev həlledici görüşdə yaponiyalı Takuto Otoquro ilə üz-üzə gəlib və 4:5 hesabı ilə məğlub olub. Bununla da, Əliyev gümüş medal qazanıb.

Digər sərbəst güləşçi Şərif Şərifov isə təsəlliverici görüşə çıxıb. 97 kq çəki dərəcəsində çıxış edən Şərifov gürcüstanlı Elizbar Odikadze ilə üz-üzə gəlib. 7:5 hesabı ilə qalib gələn Şərifov bürünc medal uğrunda güləşəcək. Onun rəqibi kubalı Reyneris Salas Peres olacaq.







Offside