22 mart 2026. Bazar günü

Qəbələ'nin üzvü Azərbaycan milli komandasına baş məşqçi təyin olundu


  • Offside
  • 23:28 07.08.2021
  • Oxunma sayı: 210
Qəbələ'nin üzvü Azərbaycan milli komandasına baş məşqçi təyin olundu

"Qəbələ” İdman Klubunun MMA döyüşçüsü və məşqçisi Bəxtiyar Abbasov döyüş sambosu üzrə Azərbaycan milli komandasının baş məşqçisi təyin edilib.

Corner.az xəbər verir ki, bu barədə “Qəbələ” İdman Klubunun mətbuat xidməti məlumat yayıb. Bu təyinat Azərbaycan Sambo Federasiyası tərəfindən gerçəkləşib.

Sambo üzrə dünya və Azərbaycan çempionu, dünya kubokunun qalibi, döyüş sambosu üzrə dünya və Avropa çempionu bu idman növündə milli komandanın uğurları üçün çalışacaq.

Abbasov Pro FC-GPG-nin qalibi, pankration, ciu-citsu və əlbəyəxa döyüş üzrə dünya, cüdo üzrə Azərbaycan çempionudur.







Offside

“Bakı Kuboku” başa çatdı
  • Offside
  • 16:42 21.03.2026
“Bakı Kuboku” başa çatdı