25 noyabr 2024. Bazar ertəsi

Azərbaycan millisi Avropa çempionatına hazırlığın son mərhələsinə başladı


  • Offside
  • 13:26 09.08.2021
  • Oxunma sayı: 167
Azərbaycan millisi Avropa çempionatına hazırlığın son mərhələsinə başladı

Avropa çempionatının final mərhələsində iştirak edəcək qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası çempionata hazırlığını davam etdirir.

Corner.az xəbər verir ki, avqustun 1-7 də Macarıstanda təlim-məşq toplanışı ilə bərabər “Savaria” beynəlxalq turnirində də iştirak edən milli avqustun 8-də Macarıstandan birbaşa Bosniya və Herseqovinaya yola düşüb.

Voleybolçular hazırlıq planına uyğun olaraq təlim-məşqləri Bosniya və Herseqovinada davam edəcəklər.

Vüqar Əliyevin rəhbərlik etdiyi komanda avqustun 16- da Bosniya və Herseqovinada təlim-məşq toplanışına yekun vuracaq və avqustun 17-də çempionatın keçiriləcəyi Serbiyanın Belqrad şəhərinə yollanacaq.

Avropa çempionatının final mərhələsinin A qrupunda yarışacaq Azərbaycan millisi Belçika (20 avqust), Bosniya və Herseqovina (21), Rusiya (22), Serbiya (24) və Fransa (25) ilə qarşılaşacaq.

Azərbaycan yığması “Savaria” turnirində Macarıstan, Niderland və Çexiya ilə qarşılaşıb və hər üç oyunu uduzub.







Offside