- Offside
- 13:25 24.11.2024
Bu gün UEFA Konfrans Liqasında 3-cü mərhələnin cavab oyunlarına start verilib.
Corner.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. Azərbaycan millisinin hücumçusu Anatoli Nuriyevin formasını geyindiyi “Kolos” səfərdə Qazaxıstan “Şaxtyor”unun qonağı olub. Bu komandalar arasındakı ilk oyunda qapılara qol vurulmamışdı. Cavab görüşünün də əsas və əlavə vaxtında qalib müəyyənləşməyib. Bu səbəbdən də penalti zərbələrinə ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən Qazaxıstan təmsilçisi növbəti mərhələyə adlayıb. Ukrayna klubunun heyətində penaltini qaçıran üç futbolçudan biri də millimizin üzvü Nuriyev olub.
Günün digər matçında Sloveniya “Domjale”si doğma meydanda Norveçin “Rusenborq” komandası ilə üz-üzə gəlib. Komandalar arasındakı ilk matçda norveçlilər darmadağınla qələbə qazanmışdı. Cavab görüşündən də qələbə qazanan Norveç təmsilçisi növbəti mərhələyə yüksəliblər.
Azərbaycanın turnirdəki təmsilçisi “Qarabağ” Kipr AEL-i ilə cavab matçına avqusutn 12-də çıxacaq. Ağdam təmsilçisi ilk matçda rəqibi ilə heç-heçə edib – 1:1.
Konfrans Liqası, 3-cü mərhələ, cavab oyunları
10 avqust
Şaxtyor (Qazaxıstan) – Kolos (Ukrayna) 0:0 (penaltilər 3:1)
İlk oyun – 0:0
22:00 Domjale (Sloveniya) – Rusenborq (Norveç) 1:2
İlk oyun – 1:6