25 noyabr 2024. Bazar ertəsi

Finlandiya klubu azərbaycanlı jurnalistlərə növbəti dəfə hörmətsizlik edib


  • Offside
  • 12:58 12.08.2021
  • Oxunma sayı: 173
Finlandiya klubu azərbaycanlı jurnalistlərə növbəti dəfə hörmətsizlik edib

HİK klubu Avropa Liqasının III təsnifat mərhələsində "Neftçi"yə qarşı keçiriləcək cavab oyunundan əvvəl Finlandiyada səfərdə olan azərbaycanlı jurnalistlərə növbəti dəfə hörmətsizlik edib.

Corner.az xəbər verir, Azərbaycandan gələn media nümayəndələri qarşılaşmanı azərkeşlərin əyləşdiyi tribunadan izləyəcək.

Finlandiya klubu jurnalistlərə media tribunasında yer verməyib.

HİK oyundan əvvəl "ağ-qaralar"ın baş məşqçisi Samir Abasovun mətbuat konfransını stadionda açıq havada təşkil edib və konfrans zalını istifadəyə verməyib.

Qeyd edək ki, bu gün "Bolt Arena"da keçiriləcək HİK-"Neftçi" oyunu Bakı vaxtı ilə saat 20:0-da başlayacaq.(report)







Offside