11 iyul 2026. Şənbə

Gürcüstanda futbol yarışları təxirə salınır – koronavirusa görə


  • Offside
  • 13:51 13.08.2021
  • Oxunma sayı: 165
Gürcüstanda futbol yarışları təxirə salınır – koronavirusa görə

Futbol üzrə Gürcüstan çempionatı dayandırılır.

Corner.az xəbər verir ki, bu barədə Gürcüstan Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Buna səbəb ölkədə koronavirusa yoluxma hallarının artması və epidemioloji vəziyyətin pisləşməsidir.

Gürcüstan Futbol Federasiyası (GFF) futbolçuların, azarkeşlərin sağlamlığını və təhlükəsizliyini əsas tutaraq, avqustun 14-dən sentyabrın 4-nə qədər futbol yarışlarına müvəqqəti fasilə verib.







Offside