25 noyabr 2024. Bazar ertəsi

Belçika klubunun sabiq futbolçusu ürəktutmasından dünyasını dəyişdi


  • Offside
  • 15:28 13.08.2021
  • Oxunma sayı: 154
Belçika klubunun sabiq futbolçusu ürəktutmasından dünyasını dəyişdi

Belçikanın "Ostende" klubunun sabiq futbolçusu Frank Berye 37 yaşında dünyasını dəyişib.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, fransalı veteran yarımmüdafiəçinin ölümünə ürək tutması səbəb olub.

İdmanla məşğul olarkən ürəyi dayanan keçmiş oyunçunun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Berye Belçikada "Ostende" ilə yanaşı, "Zülte Varegem", "Standard" və "Mexelen" klublarının, həmçinin ölkəsində "Kann" və "Bovo" komandalarının da formasını geyinib.







Offside