- Offside
- 23:24 05.12.2025
Almaniya milli komandasının və “Bayern”in sabiq hücumçusu, futbol tarixinin bombardilərindən olan Herd Müller dünyasını dəyişib.
Corner.az xəbər verir ki, Müller 75 yaşında vəfat edib. 2015-ci ildə futbolçuda altsqeymer xəstəliyi aşkarlanmışdı.
Mərhum futbolçu karyerası ərzində 580 oyunda 523 qol, 104 məhsuldar ötürmə müəllifi olmuşdu. Herd Müller üç dəfə Avropa kubokunun qalibi olub. 1964-1979-cu illərdə "Bavariya" klubunun hücumçusu olan Müller futbol tarixinin ən çox qol vuran oyunçularından biri hesab olunur.