23 noyabr 2024. Şənbə

Sərbəst güləşçiləri dünya çempionatında bir medal qazandı


  • Offside
  • 09:55 24.10.2018
  • Oxunma sayı: 738
Sərbəst güləşçiləri dünya çempionatında bir medal qazandı

Azərbaycanın sərbəst güləşçiləri Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında bir medalla kifayətlənib.

Corner.az-ın məlumatına görə, bu növ üzrə 10 pəhləvandan yalnız Cəbrayıl Həsənov mükafatçılar sırasına düşməyi bacarıb. 28 yaşlı idmançı bu gün keçirilən final görüşündə ABŞ təmsilçisi Kayl Duqlas Deykə uduzaraq, gümüş medal əldə edib.

Qalan sərbəst güləşçilərə gəldikdə, Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (70 kq), Murad Süleymanov (86 kq) və Camaləddin Məhəmmədov (125 kq) təsnifat mərhələsində, Pərviz İbrahimov (61 kq) və Şərif Şərifov (92 kq) 1/8 finalda, Georgi Edişeraşvili (57 kq), Abubakr Abakarov (74 kq) və Aslanbek Alborov (97 kq) 1/4 finalda uduzaraq, mübarizəni dayandırıb.(goal.az)







Offside