14 dekabr 2025. Bazar günü

AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək


  • Offside
  • 12:15 17.08.2021
  • Oxunma sayı: 163
AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək

AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

Corner.az-ın məlumatına görə, avqustun 19-dakı toplantı videokonfrans formatında olacaq.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

1. 2022-ci ilin fevralından etibarən Azərbaycan Premyer Liqasında VAR (video köməkçi hakim) sisteminin tətbiqi

2. Azərbaycan Premyer Liqası hakimləri ilə bağlı “Peşəkar hakim” sisteminin tətbiqi

3. 2022-2023-cü il mövsümü üçün “Klubların lisenziyalaşdırması üzrə qaydalar”ın təsdiqi

4. Digər məsələlər







Offside