22 mart 2026. Bazar günü

Dünya çempionatı: Azərbaycan güləşçisi gümüş medal qazandı


  • Offside
  • 18:00 17.08.2021
  • Oxunma sayı: 237
Dünya çempionatı: Azərbaycan güləşçisi gümüş medal qazandı

Azərbaycanın sərbəst güləşçisi Zirəddin Bayramov Rusiyanın Ufa şəhərində keçirilən gənclər arasında dünya çempionatında final görüşünə çıxıb.

Corner.az-ın məlumatına görə, 65 kq çəki dərəcəsində çıxış edən idmançı rusiyalı Şamil Mammədov ilə qarşılaşıb.

İlk xalı Bayramov qazansa da, yekunda 1:4 hesabı ilə uduzaraq, gümüş medalla kifayətlənib.

Qeyd edək ki, 57 kq-dakı Nurəddin Novruzov 3-cü yer uğrunda qarşılaşmada qazaxıstanlı Assiljan Yessengeldiyə 6:12 hesabı ilə məğlub olaraq, medalsız qalıb.







Offside

“Bakı Kuboku” başa çatdı
  • Offside
  • 16:42 21.03.2026
“Bakı Kuboku” başa çatdı