- Offside
- 13:25 24.11.2024
Futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində mübarizə aparacaq “Araz-Naxçıvan”ın ilk iki oyununu idarə edəcək hakimlər açıqlanıb.
Federasiyadan Corner.az-a verilən məlumatına görə, ölkə çempionunun Cəbəllütariqin "Europa" klubu ilə matçı italiyalı Dario Pezzutoya tapşırılıb. Ona monteneqrolu Drazen Vukçeviç və yunanıstanlı Panagiotis Ntalas yardımçı olacaq.
"Araz Naxçıvan"ın Finlandiya “Kampuksen Dinamo”su ilə qarşılaşması isə monteneqrolu Drazen Vukçeviçə həvalə olunub. Ona Dario Pezzuto və Daniele Dadamo (San Marino) köməkçi olacaq.
Qeyd edək ki, avqustun 21-də keçiriləcək “Araz-Naxçıvan” – “Europa” görüşü Bakı vaxtı ilə saat 15:00-da, digər qarşılaşma isə növbəti gün eyni saatda start götürəcək.
İlkin mərhələnin oyunlarına 8 ölkə ev sahibliyi edir. Avqustun 20-dən 25-dək keçiriləcək matçlar Almaniya, İsveçrə, Şimali Makedoniya, Yunanıstan, Estoniya, Latviya, Albaniya və Monteneqroda təşkil ediləcək. "Araz Naxçıvan" qarşılaşmalarını Latviyada oynayacaq.
Reqlamentə uyğun olaraq, 9 komanda - 8 qrup qalibi və ikinci pillədə yer alan iştirakçılardan ən yaxşı göstəriciyə malik bir klub əsas mərhələyə vəsiqə qazanacaq.