25 noyabr 2024. Bazar ertəsi

Güclü rəqiblərlə mübarizə aparacağıq


  • Offside
  • 11:49 19.08.2021
  • Oxunma sayı: 161
Güclü rəqiblərlə mübarizə aparacağıq

"Voleybol üçün çox darıxmışam. Məlum səbəblərdən bu Avropa çempionatında iştirak edə bilmirəm. Hazırda Serbiyadayam və yavaş-yavaş fiziki məşqlərə başlayıram".

Corner.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan millisinin voleybolçusu Yelizaveta Krneta deyib.

26 yaşlı oyunçu yığmanın avqustun 20-də Avropa çempionatında ilk qarşılaşmasına bildirib: "İki qat sevincliyəm, çünki milli qrup oyunlarını Serbiyanın paytaxtı Belqradda oynayacaq. Çalışacağam ki, komandamın bütün matçlarını arenadan izləyim və onlara dəstək olum".

Krneta hər gün komanda yoldaşları ilə danışdığı sözlərinin də əlavə edib: "Millimiz Avropa çempionatına iki ay hazırlıq mərhələsi keçib və yoxlama görüşləri oynayıb. Mənim fikrimcə, hər kollektivdə müəyyən problemlər olur. Amma belə mötəbər yarışda çıxış edən yığmanı dəstəkləyən insanlar yalnız gözəl oyun və qələbə gözləyir. Bu Avropa çempionatında bəzi voleybolçularımız məlum səbəblərdən iştirak etmir və komandamız güclü rəqiblərlə bir qrupda mübarizə aparacaq. Düşünürəm ki, Avropa çempionatında iştirak edən hər kollektiv güclüdür. Buna görə qızlarımız hər setdə, hər matçda sona kimi mübarizə aparmalı və öz oyunlarını mükəmməl oynamalıdırlar".

Qeyd edək ki, A qrupunda yarışacaq Azərbaycan millisinin ilk matçı avqustun 20-də Belçika seçməsinə qarşı olacaq. Qrupda həmçinin Bosniya və Herseqovina, Rusiya, Fransa və Serbiya yığmaları da yer alıb. Yelizaveta Səmədova analıq məzuniyyətində olduğu üçün heyətə daxil edilməyib.







Offside