- Offside
- 13:25 24.11.2024
"Araz-Naxçıvan” komandası futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində mübarizəyə start verib.
Corner.az-ın məlumatına görə, son ölkə çempionu F qrupundakı ilk oyununda Cəbəllütariqin "Europa" komandası ilə qarşılaşıb.
Latviyanın Salaspils şəhərində baş tutan görüş Azərbaycan təmsilçisinin 9:2 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, ilkin mərhələnin oyunlarına 8 ölkə ev sahibliyi edir. Avqustun 20-dən 25-dək keçiriləcək matçlar Almaniya, İsveçrə, Şimali Makedoniya, Yunanıstan, Estoniya, Latviya, Albaniya və Monteneqroda təşkil edilir. Reqlamentə uyğun olaraq, 9 komanda - 8 qrup qalibi və ikinci pillədə yer alan iştirakçılardan ən yaxşı göstəriciyə malik bir klub əsas mərhələyə vəsiqə qazanacaq.