22 oktyabr 2024. Çərşənbə axşamı

Çempionlar Liqası: Azərbaycan təmsilçisi Finlandiya çempionu ilə heç-heçə etdi


  • Offside
  • 17:38 22.08.2021
  • Oxunma sayı: 152
Çempionlar Liqası: Azərbaycan təmsilçisi Finlandiya çempionu ilə heç-heçə etdi

"Araz-Naxçıvan” komandası futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində növbəti oyununa çıxıb

Corner.az-ın məlumatına görə, son ölkə çempionu F qrupunda Finlandiyanın “Kampuksen Dinamo” kollektivi ilə qarşılaşıb. Latviyanın Salaspils şəhərində və monteneqrolu hakim Drazen Vukçeviç idarə etdiyi qarşılaşma 4:4 hesabı ilə yekunlaşıb.

Azərbaycan təmsilçisinin heyətində qolları Xətai Bağırov, Emanuel Rodrigues, Pereyra Qonçalves Dos Santos, və Amir Şojaei vurublar.

Çempionlar Liqası

İlkin mərhələ

F qrupu

"Kampuksen Dinamo” (Finlandiya) - "Araz-Naxçıvan" - 4:4

Qollar: Macedo Bazilyo, 12''15''; 29"56". Yere İntala, 12''40''. Sergey Korsunov, 21''37" - Xətai Bağırov, 6''21'', Emanuel Rodriges, 7''22''. Pereyra Qonsalveş Dos Santos, 15''49''. Amir Şojaei, 33"00"







Offside