22 oktyabr 2024. Çərşənbə axşamı

Yığmamız Rusiyaya da uduzdu


  • Offside
  • 21:13 22.08.2021
  • Oxunma sayı: 166
Yığmamız Rusiyaya da uduzdu
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatında növbəti oyununu keçirib.

Corner.az xəbər verir ki, Vüqar Əliyevin baş məşqçi olduğu kollektiv A qrupundakı üçüncü sınağında Rusiya yığması ilə qarşılaşıb.
 
Bakı vaxtı ilə saat 19:00-da start götürən qarşılaşma millimiz üçün bu dəfə də uğursuz alınıb. Komandamız ilk iki oyunda olduğu kimi, bu görüşdə də bütün setləri məğlub başa vurub.
 
Qeyd edək ki, Azərbaycan millisi A qrupundakı ilk iki oyununda həm Belçikaya, həm də Bosniya və Herseqovinaya 0:3 hesabı ilə uduzub. Xalı olmayan yığmamız sonuncu - 6-cı pillədə qərarlaşıb.
 
Azərbaycan yığmasının heyətində bu voleybolçular yer alıb: Ayşən Abduləzimova, Olena Xarçenko, Kseniya Pavlenko, Yana Doroşenko, Kristina Besman, Şəfaqət Alışanova, Nilufər Ağazadə, Anastasiya Mertsarova, Mariya Kirilyuk, Marqarita Stepanenko, İlhamə Əliyeva, Bəyaz Alıyeva, Yuliya Kərimova, Anastasiya Bayduk.
 
Avropa çempionatı
A qrupu
22 avqust
 
Azərbaycan - Rusiya 0:3 (16:25, 17:25, 13:25)






Offside