22 oktyabr 2024. Çərşənbə axşamı

Tokio-2020: İlqar Rəhimov atletlər kəndində idmançılarla görüşüb


  • Offside
  • 13:24 23.08.2021
  • Oxunma sayı: 155
Tokio-2020: İlqar Rəhimov atletlər kəndində idmançılarla görüşüb

Azərbaycan Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimov və komitənin baş katibi Kamal Məmmədov Tokioda yerləşən atletlər kəndinə gələrək idmançılarla görüşüblər.

Milli Paralimpiya Komitəsindən Corner.az-a verilən məlumata görə, görüş zamanı Rəhimov idmançılar üçün yaradılmış şəraitlə tanış olub, onların fiziki və psixoloji vəziyyətləri ilə maraqlanıb. Komitə rəhbərliyi idmançılara qarşıdan gələn yarışlarda uğurlar arzulayıb.

Qeyd edək ki, Tokio 2020 Yay Paralimpiya Oyunları 24 avqust - 5 sentyabrda baş tutacaq







Offside