22 oktyabr 2024. Çərşənbə axşamı

Çempionlar Liqası: Araz son matçında qələbə qazandı


  • Offside
  • 22:32 24.08.2021
  • Oxunma sayı: 154
Çempionlar Liqası: Araz son matçında qələbə qazandı

Azərbaycan çempionu “Araz” bu gün futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində növbəti oyununa çıxıb.

Corner.az xəbər verir ki, Azərbaycan təmsilçisi üçüncü matçında Latviyanın “Raba” kollektivi ilə qarşılaşıb.

Qrup mərhələsindəki sonuncu matç məhsuldar keçib. “Araz” bu oyundan 8:4 hesabı ilə qələbə qazanıb.

Joze Alesionun baş məşqçi olduğu komanda ilk görüşdə Cəbəllütariqin “Europa” klubunu 9:2 hesabı ilə məğlub edib, ikinci qarşılaşmada isə Finlandiya “Kampuksen Dinamo”su ilə heç-heçə etmişdi – 4:4. Bu nəticələrdən sonra “Araz” hazırda 7 xalla qrup ikincisi olub. Qrup birinciliyini isə eyni xala malik olan lakin top fərqinə görə “Kampuksen Dinamo” qazanıb.

Qeyd edək ki, ilkin mərhələnin oyunlarına 8 ölkə ev sahibliyi edir. Avqustun 20-dən 25-dək keçiriləcək matçlar Almaniya, İsveçrə, Şimali Makedoniya, Yunanıstan, Estoniya, Latviya, Albaniya və Monteneqroda təşkil edilir. Reqlamentə uyğun olaraq, 9 komanda – 8 qrup qalibi və ikinci pillədə yer alan iştirakçılardan ən yaxşı göstəriciyə malik bir klub əsas mərhələyə vəsiqə qazanacaq.

UEFA Çempionlar Liqası
İlkin mərhələ, F qrupu
24 avqust

“Araz” – “Raba” 8:4
Qol: Qollar: Rodriqes, 0:24; 32:20. Pereyra, 18:16. X.Bağırov, 22:30; 32:40. İ.Atayev, 23:33. R.Çovdarov, 26:00-pen; 29:37 – Ar.Kuleşov, 11:29. Boqdanov, 15:03. Jakovlev, 20:54. Strazdin, 29:23.
Salaspils şəhəri. İdman Kompleksi.







Offside