Futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində son oyununu keçirən “Araz”ın (Naxçıvan) kapitanı Rizvan Fərzəliyev Lusionun rekordunu təkrarlamaqla yadda qalıb.
Corner.az xəbər verir ki, həm də millimizin kapitanı olan Fərzəliyev Latviya çempionu “Raba” ilə dueldə 69-cu dəfə klub səviyyəsində beynəlxalq rəsmi görüş keçirib. O, ilk dəfə 6 oktyabr 2003-cu ildə bu turnirin keçmiş adı – UEFA Kubokunda debüt edib. Həmin vaxt kapitan AMMK-nın heyətində yer alıb.
UEFA-nın rəsmi səhifəsi Rizvanın Lusionun 69 oyunluq rekordunu təkrarladığını qeyd edib.