Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatında növbəti oyununa çıxıb. Corner.az xəbər verir ki, Vüqar Əliyevin baş məşqçi olduğu kollektiv A qrupundakı dördüncü sınağında Serbiya yığması ilə qarşılaşıb.
Bakı vaxtı ilə saat 22:00-da başlayan start götürən millimiz üçün bu görüşdə uğursuz alınıb. Voleybolçularımız bu dəfə də bütün setləri məğlub başa vurublar.
Qeyd edək ki, Azərbaycan millisi A qrupundakı əvvəlki oyunlarında Belçika, Bosniya və Herseqovina və Rusiyaya da 0:3 hesabı ilə uduzmuşdu. Xalı olmayan yığmamız sonuncu - 6-cı pillədə qərarlaşıb.
Azərbaycan yığmasının heyətində bu voleybolçular yer alıb: Ayşən Abduləzimova, Olena Xarçenko, Kseniya Pavlenko, Yana Doroşenko, Kristina Besman, Şəfaqət Alışanova, Nilufər Ağazadə, Anastasiya Mertsarova, Mariya Kirilyuk, Marqarita Stepanenko, İlhamə Əliyeva, Bəyaz Alıyeva, Yuliya Kərimova, Anastasiya Bayduk.
Avropa çempionatı
A qrupu
24 avqust
Azərbaycan - Serbiya 0:3 (17:25, 20:25, 19:25)