- Offside
- 13:25 24.11.2024
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında sonuncu oyununu keçirib.
Corner.az-ın məlumatına görə, Vüqar Əliyevin baş məşqçi olduğu kollektiv A qrupundakı beşinci sınağında Fransa yığması ilə üz-üzə gəlib. Voleybolçularımız bu dəfə də rəqibinə 3:1 hesabı ilə məğlub olublar.
Avropa çempionatı
A qrupu
Azərbaycan - Fransa - 1:3 (19:25, 28:26, 11:25, 18:25)
Qeyd edək ki, Azərbaycan millisi A qrupundakı ilk dörd oyununda Belçika, Bosniya və Herseqovina, Rusiya və Serbiya seçmələrinə müvafiq olaraq 0:3 hesabı ilə uduzub. Xalı olmayan yığma qrupu sonuncu - 6-cı pillədə başa vurub.