Dünya şöhrətli ABŞ-lı boksçu Floyd Mayweather mətbuata ilginc açıqlama verib.
Corner.az Sfera.az-a istinadən xəbər verir ki, məşhur boksçu onunla döyüşmək istəyən bir neçə rəqibinin olduğunu bildirib. "Mən məğlub etdiyim adamla yenidən görüşmək istəmirəm. Lakin Connor McGregorun menecerləri məni bezdirib. Bu döyüş üçün 1 milyard dollar istəyirəm. Mən meksikalı Şaul Canelonla döyüşmək istəyirəm. ”
Artıq bu döyüşün baş tutması üçün menecerlər fəaliyyətə başlayıb.
Lakin 1 milyardlıq Mayweather -Connor döyüşünün baş tutması daha real görünür.