25 noyabr 2024. Bazar ertəsi

Tokio-2020: Azərbaycan paralimpiyaçısı qızıl medal qazandı


  • Offside
  • 11:47 27.08.2021
  • Oxunma sayı: 187
Tokio-2020: Azərbaycan paralimpiyaçısı qızıl medal qazandı

Azərbaycanın paracüdoçusu Şahanə Hacıyeva Tokio-2020 Yay Paralimpiya Oyunlarında final görüşünə çıxıb.

Corner.az-ın məlumatına görə, 48 kq çəki dərəcəsində mübarizə aparan idmançı fransalı Sandrin Martine ilə qarşılaşıb.

Rəqibini məğlub edən Hacıyeva paralimpiya çempionu olub.

****

Azərbaycanın üç para-cüdoçusu Tokio-2020 Yay Paralimpiya Oyunlarında medal görüşlərinə vəsiqə qazanıb.

Corner.az-ın məlumatına görə, Şahanə Hacıyeva (48 kq) qadınların, Vüqar Şirinli (60 kq) kişilərin mübarizəsində finala yüksəlib.

Daha bir kişi cüdoçu Namiq Abaslı (66 kq) isə bürünc medal görüşlərinə qatılacaq.

Qeyd edək ki, mübarizəyə 1/4 finaldan başlayan Hacıyeva ilk görüşündə yaponiyalı Şizuka Hanqaini, yarımfinalda Rusiya Paralimpiya Komitəsindən (RPC) Viktoriya Potapovanı yenib. Finalda o, fransalı Sandrin Martine ilə üz-üzə gələcək.

Şirinli ilk görüşündə türkiyəli Recep Çiftçini, yarımfinalda moldovalı Aleks Boloqanı yenib. Qızıl medal görüşündə onun rəqibi qazaxıstanlı Anuar Sarıyev olacaq.

Abaslı 1/4 finalda ispaniyalı Serxio İbanyes Banyona uduzsa da, təsəlliverici görüşlərdə əvvəlcə puerto-rikolu Luis Jabduel Peres, daha sonra RPC təmsilçisi Viktor Rudenkonu yenib. Bürünc medal görüşündə o, ukraynalı David Xorava ilə qarşılaşacaq.

Daha bir qadın cüdoçu Bəsti Səfərova (52 kq) 1/4 finalda yaponiyalı Yui Fujivaraya, təsəlliverici görüşdə ukraynalı Nataliya Nikolayçuka uduzaraq, 7-ci yerlə kifayətlənib.







Offside