- Offside
- 23:24 05.12.2025
"Məqsədim çempion olmaq idi".
Corner.az-ın məlumatına görə, bunu Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan paracüdoçusu Vüqar Şirinli deyib.
60 kq çəki dərəcəsində mübarizə aparan idmançı Tokioda Azərbaycan bayrağını qaldırdığı üçün sevindiyini bildirib: "Mənim üçün ikiqat bayramdır. Vətən müharibəsində qələbə qazandıq, daha sonra isə mən paralimpiya çempionu oldum".