"Neftçi”nin kapitanı Emin Mahmudov Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində “Makkabi”yə (Hayfa, İsrail) 0:4 hesabıyla uduzduqları oyunla bağlı fikirlərini bölüşüb.
Corner.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi, öz sosial şəbəkə hesabında bunları yazıb:
“Bu dəfə sizi sevindirə bilmədiyimizə görə çox üzgünük. Artıq ölkə çempionatına köklənməliyik. Yenidən daha güclü, daha uğurlu olmaq üçün sizin dəstəyinizə ehtiyacımız var. Birlikdə bacaracağıq!”
Qeyd edək ki, “Neftçi” avrokuboklarda mübarizəni dayandırıb.