22 oktyabr 2024. Çərşənbə axşamı

Tokio-2020: İlham Zəkiyev bürünc medal qazandı


  • Offside
  • 14:13 29.08.2021
  • Oxunma sayı: 176
Tokio-2020: İlham Zəkiyev bürünc medal qazandı
Azərbaycan paralimpiyaçısı İlham Zəkiyev Tokio-2020 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb.

Corner.az xəbər verir ki, 100 kq-dan yuxarı çəki dərəcəsindəki 41 yaşlı idmançı 3-cü yer uğrunda görüşdə mübarizə aparmadan qalib elan edilib.
 
Buna özbəkistanlı rəqib Şirin Şaripovun qarşılaşmaya çıxmaması səbəb olub. Şaripov əvvəlki qarşılaşmasında qadağan edilmiş fənddən yararlandığı üçün yarışdan kənarlaşdırılıb.
 
Beləliklə, Azərbaycan Tokio-2020-də 12-ci medalını əldə edib. Medallardan 9-u qızıl, 3-ü isə bürünc əyarlıdır. Komandamız bu göstərici ilə 7-ci pillədə qərarlaşıb.






Offside