22 oktyabr 2024. Çərşənbə axşamı

ÇL: Azərbaycan çempionunun rəqibləri bilindi


  • Offside
  • 20:49 30.08.2021
  • Oxunma sayı: 149
ÇL: Azərbaycan çempionunun rəqibləri bilindi

Bu gün İsveçrənin Nyon şəhərində futzal üzrə UEFA Çempionlar Liqasının püşkatma mərasimi keçirilib.

Corner.az xəbər verir ki, bu turnirdəki təmsilçimiz “Araz” (Naxçıvan) 6-cı qrupunda yer alıb.

Ölkə çempionu elit-raunda yüksəlmək üçün “Uraqan İvano–Frankivsk” (Ukrayna), “Liqeni” (Kosovo) və “Yunayted Qalati” (Rumıniya) komandaları ilə qarşılaşacaq.

Bu mərhələnin oyunları 26-31 oktyabr tarixlərində Ukraynada keçiriləcək. Qrup mərhələsini birinci pillədə yekunlaşdıracaq komanda elit-raundda oynamaq hüququ qazanacaq.







Offside