22 oktyabr 2024. Çərşənbə axşamı

Azərbaycanda futzal çempionatının başlayacağı tarix bəlli oldu


  • Offside
  • 16:19 01.09.2021
  • Oxunma sayı: 141
Azərbaycanda futzal çempionatının başlayacağı tarix bəlli oldu

Futzal üzrə Yüksək Liqada 2021-2022-ci il mövsümünün başlayacağı vaxt bəlli olub.

Federasiyadan "Corner.az"a verilən məlumata görə, yeni mövsüm sentyabrın 24-də start götürəcək.

Püşkatma mərasimi sentybarın 16-da saat 12:00-da Bakı İdman Sarayında təşkil olunacaq.

Qeyd edək ki, Yüksək Liqanın yeni mövsümündə iştirak üçün 8 komanda - “Araz-Naxçıvan”, “Neftçi” İK, EKOL, “Rekord club az”, “Alyans” FK (Lənkəran), “Baku Fire”, “Xilə” və U-19 - qeydiyyatdan keçib.







Offside