25 noyabr 2024. Bazar ertəsi

Liverpul'un futbolçusu da Qvineyadan çıxa bilmir


  • Offside
  • 10:04 07.09.2021
  • Oxunma sayı: 170
Liverpul'un futbolçusu da Qvineyadan çıxa bilmir

 “Liverpul”un yarımmüdafiəçisi Nabi Keyta ölkəsindəki hərbi çevriliş səbəbindən İngiltərəyə qayıda bilməyib.

Corner.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb.

Məlumatda, Qvineyadakı hərbi çevriliş səbəbindən ölkədə uçuşların dayandırıldığı, bu səbəbdən də 26 yaşlı futbolçunun İngiltərəyə qayıda bilmədiyi vurğulanıb.

Xatırladaq ki, Qvineyanın DÇ-2022-nin seçmə mərhələsində Mərakeşlə oyunu da hərbi çevrilişə görə təxirə salınıb. Bu üzdən Keytanın millidə komanda yoldaşı olan Mamadu Kane də “Neftçi”nin düşərgəsinə qayıda bilmir.







Offside