- Offside
- 23:24 05.12.2025
Avropa Klublar Birliyinin (ECA) İcraiyyə Komitəsinə yeni təyinatlar olub.
Corner.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, "Tottenhem"in prezidenti Deniel Levi, "Atletiko" (Madrid) klubunun icraçı direktoru Anhel Gil Marin və "İnter"in icraçı direktoru Alessandro Antonello komitəyə üzv seçiliblər.
Seçkilər ECA-nın Cenevrədə keçirilən Baş Assambleyasında gerçəkləşib.
2020/2021 mövsümündə qurumun tərkibində 234 klub olub. Rəsmi saytda qeyd olunub ki, ECA Avropa səviyyəsində futbol klublarını birbaşa təmsil edən yeganə müstəqil qurumdur.