22 mart 2026. Bazar günü

Otelə qız çağırdılar, millidən qovuldular


  • Offside
  • 21:21 08.09.2021
  • Oxunma sayı: 179
Otelə qız çağırdılar, millidən qovuldular
19 yaşadək futbolçulardan ibarət Niderland milli komandasında İtaliyaya qarşı keçiriləcək yoxlama matçından əvvəl 5 futbolçu heyətdən kənarlaşdırılıb.
 
Corner.az xəbər verir ki, PSJ-dən Xavi Simons, “Ayaks”dan Naci Ünüvar, Aryani Mart, Rio Hillen və “Feyenoord”dan Mimerhel Benita karantin qaydalarını pozduqları üçün heyətdən uzaqlaşdırılıblar. Sözügedən futbolçular qaldıqları otelə qadın qonaqlar dəvət edib və onlarla əyləniblər.
 
Bundan sonra yığmanın baş məşqçisi tərəfindən karantin qaydalarını pozmaları səbəbindən heyətdən çıxarılan oyunçular klublarına göndərilib.






Offside

“Bakı Kuboku” başa çatdı
  • Offside
  • 16:42 21.03.2026
“Bakı Kuboku” başa çatdı