- Offside
- 23:58 22.11.2024
“Formul 1” üzrə dünya çempionatının reqlamentində dəyişiklik edilib.
Corner.az yarışın rəsmi saytına istinadən xəbər verir ki, yeni mövsümdə dövrəni ən tez tamamlamağa görə 1 xal veriləcək. Lakin bunun üçün sürücünün finişə ilk “10-luq”da çatması lazımdır.
Bir xal həm pilotun, həm də Konsturktorlar Kuboku üçün komandanın hesabına əlavə olunacaq. Beləliklə, dünya çempionatında əlavə 21 xal oynanılacaq.
Qeyd edək ki, “Formula 1”də analoji qayda 1950 – 1959-cu illərdə tətbiq olunub. 2019-ci il dünya çempionatı martın 17-də Avstraliyadakı “Albert Park” trasında başlayacaq. 21 mərhələdən ibarət mövsümə dekabrın 1-də Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək Abu-Dabi Qran-prisi ilə yekun vurulacaq. Azərbaycan Qran-prisi 26 - 28 apreldə olacaq.