- Offside
- 13:25 24.11.2024
Niderland, Cənubi Koreya, Türkiyə və Rusiya yığmalarının sabiq baş məşqçisi Qus Hiddink karyerasını başa vurub.
Corner.az-ın məlumatına görə, bu barədə 74 yaşlı mütəxəssis "Voetbal International" nəşrinə açıqlamasında bildirib.
Təcrübəli mütəxəssis futbolla həmişəlik vidalaşdığını deyib: "Koronavirus səbəbindən son vaxtlar aktiv fəaliyyətlə məşğul deyildim. Dik Advokat kimi etməyəcəyəm. Futboldan birdəfəlik gedirəm".
Qeyd edək ki, son iş yeri Kurasao millisi olan niderlandlı mütəxəssis ölkəsində PSV, Türkiyədə "Fənərbağça", İspaniyada "Valensiya", "Real Madrid", İngiltərədə "Çelsi" və Rusiyada "Anji" komandalarına da başçılıq edib.