Mayamidə həbs olunmuş irlandiyalı MMA (qarışıq əlbəyaxa döyüş növləri) ustası Konor Makqreqor girov müqabilində sərbəst buraxılıb.
Corner.az xəbər verir ki, bu barədə “Bloody Elbow” məlumat yayıb.
İdmançı şərti azadlığa çıxmaq üçün 12,5 min dollar girov qoyub. K.Makqreqorun nümayəndəsi 30 yaşlı döyüşçünün müstəntiqlərlə tam əməkdaşlığa hazır olduğunu bildirib.
***
Məşhur irlandiyalı idmançı Conor McGregor bazar ertəsi ABŞ-ın Florida ştatında polis tərəfindən saxlanılıb.
Corner.az-ın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə “Miami Herald” qəzeti məlumat yayıb.Bildirilir ki, idmançı bir fanatının mobil telefonunu sındırıb və özü ilə götürüb. Buna görə ona qarşı soyğunçuluq və özgənin əmlakına ziyan vurma maddələri ilə ittiham irəli sürülüb.Nəşrin məlumatına görə, McGregor Mayami-Biçdə oteldən çıxıb gecə klubuna gedən zaman qarşılaşdığı fanatı onunla şəkil çəkdirmək istəyib. Bundan qəzəblənən idmançı telefonu həmin şəxsin əlindən alaraq sındırıb, daha sonra isə özü ilə aparıb.
Polisin bildirdiyinə görə, zərərçəkmişə 1000 dollar ziyan dəyib. C.McGregor hadisə yerində saxlanılmayıb. Polis onu evində həbs edib. Hazırda Mayami-Deyd həbsxanasında olduğu deyilir.