25 noyabr 2024. Bazar ertəsi

Londonda Xarı Bülbül kikboksinq turniri keçirilib


  • Offside
  • 20:32 13.09.2021
  • Oxunma sayı: 254
Londonda Xarı Bülbül kikboksinq turniri keçirilib

İngiltərənin paytaxtı Londonda yaşayan azərbaycanlı keçmiş kikboksçu Hafiz Baxşəliyev "Xarı bülbül" adlı turnir keçirib.

Corner.az-ın məlumatına görə, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.

Veteran idmançı pandemiya səbəbindən yarışda Azərbaycan təmsilçiləri iştirak edə bilmədiyi vurğulayıb.

İngiltərə, İtaliya, Çin, Portuqaliya, Braziliya, Fələstin və başqa ölkələrin təmsil olunduğu turnirdə 28 idmançı qüvvəsini sınayıb. Son iki görüşdə Britaniya Çempionu titulu uğrunda döyüşlər keçirilib.

Turnir zamanı zaldakı monitorlarda İkinci Qarabağ müharibəsinin simvolu olan Xarı bülbül sərgilənərək nümayiş olunub.








Offside